07.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon MKS-in Uşaq şöbəsi və Şamaxı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Milli Qəhrəmanlar zirvəsində Mübariz İbrahimovun tərbiyəvi rolu” mövzusunda tədbir keçirildi. Avropa liseyinin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir zamanı Uşaqlara Mübariz İbrahimovun həyatından və göstərdiyi şücaətdən bəhs edildi, Mübariz İbrahimova aid şeirlər şöyləndi və azyaşlı oxucuların qəhrəmanlıq mövzusunda rəsm sərgisinə baxış keçirildi.