Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ana dilimizi sevək, sevdirək”

21.02.2020

 

        21 fevral  2020-ci il tarixində Qobustan  rayon MKS-in Uşaq  şöbəsində   21  Fevral “Beynəlxalq Ana dili günü”  münasibətilə   “Ana dilimizi sevək,  sevdirək”  adlı  tədbir keçirilmişdir. Tədbirdə  2 saylı  tam orta məktəbin  şagirdləri  iştirak etmişdirlər. Uşaq şöbəsinin əməkdaşları  bu əlamətdar gün münasibətilə öz çıxışlarında  Ana dilinin  insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını bildirmişdirlər.Beynəlxalq Ana Dili Gününün   21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyətin  rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.  Tədbirdə  məktəblilər tərəfindən  şairlərimizin ana dilimizə həsr etdikləri  şerlərdən parçalar səsləndirilmişdir.