Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlərimiz qürurumuzdur”

07.02.2018

  İsmayıllı Regional  Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərəın  Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyi  silsilə tədbirləri ilə tariximizin şanlı səhifələrini yaşadır. Bu gün Milli qəhrəman  Mübariz İbrahimovun  doğum günü ilə əlaqədar olaraq  “Şəhidlərimiz qürurumuzdur” mövzusunda “Xatirə saatı” təşkil edilmişdir.Azərbaycanın bütövlüyü,azadlığı uğrunda canlarını fəda etmiş vətən övladları,qəhrəman oğulları; -Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. İlk olaraq “Şəhidlər ölməz vətən bölünməz” daimi güşəsinə baxış keçirildi, tariximiz səhifələndi, onların ruhlarına dualar  oxundu. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun  doğum günü də, əbədiyyətə qovuşduğu, Şəhidlik zirvəsinə ucaldığı 18 iyun tarixi də beləcə əbədiləşdi . Qəlbi vətən üçün çırpınan, qanını-canını Azərbaycanın müstəqilliyinə, torpaqlarının bütövlüyünə  fəda edən Mübarizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə onun həyatı, Azərbaycan Milli ordusunun giziri kimi fədakarlığı, bir vətən övladı olaraq şücaət və qəhrəmanlığı haqqında geniş şəkildə  söhbət aparıldı. Beləliklə Mübariz bir kənddə doğuldu, lakin bütöv  bir Azərbaycanın oğlu oldu. Azərbaycanın tarixinin şanlı səhifəsinə yeni qəhrəmanlıq salnaməsi yazdı, bu səhifələrdə  əməli ilə Vətən sevgisini bəyan etdi, xalqın qəlbində əbədiyaşarlıq qazandı. İndi hər bir kəs bu günkü xoş, rəvan həyatımız üçün şəhidlərimizə borcluyuq.

  Allah sizə rəhmət eyləsin Ey Şanlı Vətənin Şanlı əsgərləri.