Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəmlə yazılmış səhifəm mənim”

20.02.2020

20 fevral 2020-ci il tarixində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin, İsmayıllı rayon Gənclər və İdman idarəsinin, İsmayıllı rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə  "Xocalı soyqırımı" na həsr olunmuş "Qəçlə yazılmış səhifəm mənim" mövzusunda  rəsm və inşa-yazı müsabiqələri keçirilmişdir. Tədbir zamanı  edilən çıxışlarda Xocalı faciəsinin Azərbaycan xalqının ən ağrılı dərdlərindən biri olduğu bildirilmişdir.  Çıxışlar zamanı belə  anım tədbirlərinin keçirilməsindəki məqsədin Xocalı soyqırımı barədə həqiqətlərin ictimaiyyətə çatdırılması, gəncləri bu barədə  məlumatlandırılması olduğu vurğulanmışdır.Sonda İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunan "Xocalı"adlı   sərgiyə baxış keçirilmişdir.