31.01.2018
İsmayıllı Rayon Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Tarix-Diyarşünaslıq muzeyində 31 yanvar M.Ə.Rəsulzadənin 134 illiyi ilə əlaqədar olaraq Anım mərasimi təşkil olunmuşdur.
Azərbaycan Xalq Cumhuriyyəti qurucularından biri olan M. Rəsulzadə 1884-cü il yanvarın 30-da Bakının Novxanı kəndində anadan olmuşdur.İlk təhsilini maarifpərvər ziyalımız S.M.Qənizadənin əsasını qoyduğu “Rus-müsəlman” məktəbində almış, sonra Bakı texniki məktəbində davam etdirmişdir. M.Rəsulzadə “Qaranlıqda işıqlar” adlı dram əsəri ilə Azərbaycanda inqilabi dramaturgiyanın əsasını qoymuşdur.
M.Rəsulzadə hələ gənc yaşlarından inqilabi fəaliyyətə başlamış 1902-ci ildə “Müsəlman gənclik təşkilatı”nı yaratmışdır. Bu XX əsrdə Azərbaycanda rus üsul-idarəsinə qarşı mübarizə aparan ilk siyasi təşkilat idi. M.Rəsullzadə xalqının zülm altında yaşamasına dözə bilmirdi və həyatın xöşbəxtliyini azadlıqda görürdü. İstiqlal uğrunda ardıcıl mübarizədən yorulmayan M.Rəsulzadə doğma vətəninə bəslədiyi məhəbbətin sonsuzluğu bu gün də hər kəsi valeh edir.
Bu günkü gündə 1918-ci il tariximizin şanlı səhifəsi: - Azərbaycan Xalq Cumhuriyyətinin adı məhz Məmməd Əmin Rəsulzadə ilə bağlıdır. Tədbirdə 1918-1920-ci illər haqqında geniş tarixi mövzuda çıxışlar aparıldı, eyni adlı güşəyə baxış keçirildi.