Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milliliyimizin sütunu-Ana dilimiz!

20.02.2020

21 fevral Beynəlxalq Ana dili günüdür. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.

İsmayıllı rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları Ana dili gününə həsr olunmuş səyyar kitabxana xidməti təşkil etmişdir. Bu dəfə əməkdaşlarımız daimi oxucularımız olan  İsmayıllı şəhər İsrayıl Həsənov  adına   1 saylı tam orta məktəb şagirdlərinin  qonağı olmuşdur. Məktəblilərə dahilərimizin əsərləri təqdim edilmişdir. Məktəblilərə milli ədəbiyyatımızda dönüş və inqilab yaratmış M.F. Axundov haqqında məlumat verilmişdir.Kitabxana əməkdaşları tərəfindən uşaqlara Ana dilimizə, milli-mənəvi dəyərlərimizə üstünlük verməkləri tövsiyyə olunmuşdur.