14.02.2020
14 fevral 2020-ci il tarixində İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin könüllü gənclərinin birgə təşkilatçılığı ilə təqvimdə ən gənc bayramlardan biri olan “Beynəlxalq kitab bağışlanma günü” ilə əlaqədar tədbir keçirilmişdir. Bu əlamətdar gün, kitab bağışlayan və kitaba məhəbbət yaradan bütün insanları özündə birləşdirir. Tədbirdə kitab bağışlanma günün tarixi ilə əlaqədar məruzə oxunmuş, MKS-in direktoru K.Baxışova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin direktoru İ.Faxtıyev çıxış edərək kitabın insan həyatında rolundan danışmışdırlar. Tədbirin məqsədi kitaba daha yaxın olmaq və gənclərə oxuduğun kitabı paylaş fikrini aşılamaq olmuşdur . Sonda gənc könüllülər Mərkəzi kitabxananın kitab fondu və sərgilərlə tanış olmuşdurlar.