Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mən oxudum,sən də oxu”

14.02.2020

14 fevral 2020-ci il tarixində  Qobustan rayon Mərkəzi Kitabxananın foyesində “Mən oxudum , Sən də  oxu “ lahiyəsi çərçivəsində  14 Fevral “ Beynəlxalq Kitab bağışlama Günü “ ilə əlaqədar “ Ən böyük hədiyyəmiz –kitabdır”  adlı tədbir keçirilmişdir. Tədbirdə məktəblilər iştirak etmişdirlər.14 fevral Beynəlxalq Kitab Bağışlama Gününün yaranma tarixi haqqında  məktəblilərə kitabxana əməkdaşları tərəfindən məlumat verilmişdir.Bu günün qeyd olunmasının əsas məqsədi  uşaqlarda kitaba sevgi yaratmaqdır.  Tədbirin sonunda Mərkəzi  kitabxananın ehtiyyat fondunda olan  kitablardan fəal oxuculara hədiyyə olunmuşdur.Daha sonra “Beynəlxalq Kitab  Bağışlama  Günü”nə həsr olunmuş sərgiyə baxış keçirilmişdir.