Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kitab tutan əllərin işığında”

14.02.2020

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə 14.02.2020-ci il tarixində Beynəlxalq Kitab Bağışlama günü münasibətilə uşaq və yeniyetmələr arasında mütaliənin təbliği  istiqamətində”Kitab tutan əllərin işığında”adlı tədbir keçirilmişdir .Tədbirdə 1saylı Uşaq Baxçası və Körpələr evinin balaca sakinləri iştirak etmişdirlər.Tədbirdə bu günün  kitab hədiyyə etmək üçün əlamətdar bir gün kimi təqvimə daxil olduğu vurğulanmışdır. Tədbirin keçrilməsində əsas məqsəd,uşaq və yeniyetmələrə mədəni xidmət göstərmək,kiçik oxuculara kitab bağışlamaqla onların mütaliəsinə düzgün yanaşma,mütaliə mədəniyyətini yüksəltmək,onlarda kitaba olan məhəbbəti  artırmaq olmuşdur.