13.02.2020
14 fevral “Beynəlxalq Kitab Bağışlama Günü” təqvimin ən gənc bayramlarından hesab olunur. Bu bayram insanlarda kitaba marağı artırmaq, uşaqları kitablara cəlb etmək məqsədilə qeyd olunmağa başlanmışdır. Ölkəmizdə də dəfələrlə qeyd olunan bayram hər zaman geniş oxucu kütləsinin marağına səbəb olmuşdur. Qəbələ rayon MKS-nin Xidmət şöbəsi “Beynəlxalq Kitab Bağışlama Günü” ilə əlaqədar “Səyyar Kitab Bağışlama aksiyası” həyata keçirmişdir. Aksiya çərçivəsində Qəbələnin bir çox məkanlarında və evlərində Qəbələli yazarlarının hansı ki, kitabxanaya hədiyyə olunan kitabları vətəndaşlara hədiyyə olaraq bağışlanmışdır. Aksiya 12 fevral tarixində başlamış üç gün davam edəcəkdir.