Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıl bəy Qutqaşınlıya həsr olunmuş “Xatirə saatı “

27.01.2018

    Ədəbiyyatımızın görkəmli siması olan İ.B.Qutqaşınlı 1806-cı il yanvarın 27-də anadan olmuşdur. Naib Nəsurullah sultanın ailəsində böyüyən bu uşaq təkcə Qəbələnin deyil bütün Azərbaycanın fəxri oldu. Sağlığında maarifpərvər vətən oğlu, xeyriyyəçi ədib bir ziyalı kimi millətin gələcəyi naminə böyük işlər görmüşdür.  İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatında, hərb tarixində özünəməxsus parlaq səhifələr yaratmışdır. Hal-hazırda da Azərbaycan xalqı belə vətən övladı ilə, tarixi şəxsiyyəti ilə qürur duyur.

      Qəbələnin xeyriyyəçi övladı, hərb tarixində ilk general-mayor, ədəbi sahədə realizmin bünövrəsini qoyan maarifpərvər, vətənpərvər ziyalısı olan İsmayıl Bəy Qutqaşınlının xatirəsini əbədiləşdirmək məqsədilə 1986-cı il sentyabrın 6-da Xatirə-ev muzeyi açılmışdır. O, Şamaxıda müsəlman məktəbinin açılması ilə əlaqədar olaraq xüsusi fədakarlıq göstərmişdir və Onun bu zəhmətinin qiyməti olaraq Qafqaz  canişini Voronsov Qutqaşınlıya yazılı təşəkkürünü bildirmişdir. Bu təşəkkürnamə ekspozisiyada dəyərli muzey materialıdır.

       İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində   İsmayıl bəy Qutqaşınlının   “Xatirə saatı “ geniş şəkildə qeyd olundu. İlk olaraq  ədibin həyat və fəaliyyətini əks etdirən güşəyə baxış keçirildi, ruhu bir dəqiqəlik sükutla yad edildi. Ədibin həyat və yaradıcılığı haqqında geniş tarixi və ədəbi söhbətlər aparıldı. Ədibin xatirəsini əbədiləşdirmək məqsədilə məktəblilərin muzeyə ekskursiyaları təşkil edildi.