07.02.2020
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar Ağsu rayon Heydər Əliyev Mərkəzi silsilə tədbirlər həyata keçirmişdir. Şəhər 4 saylı tam orta məktəbdə mərkəzin əməkdaşlarının iştirakı ilə siniflər üzrə Milli Qəhrəmana həsr olunmuş filmlərin nümayişi, mühazirələr , rəsm və kitab sərgisi təşkil olunmuşdur. Öncə məktəbin direktoru Günay İnayətova tədbirin məqsəd və məramını açıqlamış, Milli Qəhrəmanın həyatı barədə danışmışdır. Sonra mərkəzin əməkdaşları məktəbin V-VI-XI siniflərində Mübariz İbrahimovun qısa həyatından və şərəfli döyüş yolundan bəhs edən vətənpərvərlik mövzusunda mühazirələrlə çıxış etmişdirlər.Çıxışlar zamanı onun xatirəsinin heç vaxt yaddaşımızdan silinməyəcəyi vurğulanmışdır.
Eyni zamanda Fevralın 7-də Ağsu rayon Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası təşkil olunmuş, aparılan ekskursiyalarda Milli Qəhrəman haqqında məlumatlar verilmiş,filmlər göstərilmiş, rəsm və kitab sərgisi nümayiş olunmuşdur.
Vətənimizin bütövlüyü və dövlətimizin toxunulmazlığı uğrunda qəhrəmancasına vuruşmuş, şəhid olmuş bütün vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.