Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda ”2Fevral-Gənclər günü” qeyd edilmişdir.

31.01.2020

İsmayıllı  rayon  İcra  Hakimiyyəti ,İsmayıllı  rayon Gənclər  və  İdman İdarəsi , İsmayıllı  Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət  göstərən mədəniyyət  müəssisələrinin birgə  təşkilatçılığı ilə  İsmayıllı  rayon Heydər  Əliyev  adına Mədəniyyət  Mərkəzində   “2Fevral-Gənclər günü”  münasibəti ilə  tədbir keçirilmişdir.Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı  direktor  müavini  Qədir  Xəlilov, İsmayıllı  rayon İcra başçısı , mədəniyyət müəssisələrinin işçiləri, İsmayıllı  rayon ictimaiyyət nümayəndələri  və rayon  gəncləri  iştirak  etmişdirlər. Mərkəzin foyesində gənclərin əl işlərindən ibarət sərgi qurulmuş, İvanovka məktəb  kollektivinin hazırladığı rəqs nümayiş olunmuşdur. Daha sonra Mərkəzin akt zalında Gənclər günü  ilə əlaqədar edilən çıxışlarda  Cənab Prezidentin gənclərə göstərdiyi qayğı və diqqət   tədbir iştirakçılarının  nəzərinə  çatdırılmışdır.Azərbaycan Respublikasının  Prezidentinin sərəncamına əsasən 2020-ci ilin “ Könüllülər ili “elan olunması nəticəsində  bu gün İsmayıllı  Könüllülərinin I Ümumrayon  toplantısı baş tutmuş, rayonun qabaqcıl gəncləri mükafatlandırılmışdır. Fazil Əzimov adına Uşaq  İncəsənət məktəbinin   şagirdləri  Mədəniyyət Nazirliyinin  təşəbbüsü ilə keçirilmiş “Gənc pianoçular” müsabiqəsinin iştirakçısı,fəxri fərmana layiq görülmüş  Abdullalı Cavanşir, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə  keçirilmiş  “El havası” adlı  musiqi layihəsinin iştirakçıları, fəxri fərmana layiq görülən  Daşdəmirov Nurlan, Əkbərov Səmral, Bədəlov Fərman, İsmizadə  Vəkil  öz musiqi  nömrələri ilə tədbirdə  çıxış  etmişdirlər.Tədbir   Uşaq incəsənət məktəbinin  müəllimlərindən ibarət ansamblın  hazırladığı musiqi nömrələri ilə  davam etmişdir.