Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gözlər yoldan yığılarmı…”

29.01.2020

Publisist Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı…” adlı növbəti kitabı işıq üzü görüb. Kitab Qarabağ döyüşlərində itkin düşmüş İsmayıllı rayon Gəraybəyli kənd sakini olmuş,soydaşımız Xəqani Eyvaz oğlu Əkbərovun həyat və döyüş yolu əsasında qələmə alınmış sənədli povestdir.

“Azəri” Poliqrafiya nəşriyyatında nəfis tərtibatla çap olunmuş “Gözlər yoldan yığılarmı…” kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən müştərək layihəsi əsasında ərsəyə gətirilib. Layihənin rəhbəri Xatirə Kitabı redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət xanım Məmmədova, redaktoru və ön sözün müəllifi şair-publisist Zülfüqar Şahsevənli, rəyçisi “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, texniki redaktoru Dilarə Hüseynova, korrektoru Kamilə Dilbazi, dizayneri Cəfər Kərimovdur.

Xatirə Kitabı redaksiyasının kollektivi “Gözlər yoldan yığılarmı…” kitabının geniş ictimaiyyətə təqdim edilməsinə itkin-şəhidin doğulduğu İsmayıllı rayonundan  başlamış, İsmayıllı  rayon MKS-nin Gəraybəyli kənd kitabxana  filialında kitabın təqdimatı baş tutmuşdur.