Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balaca oxucuların məmnunluğu

27.01.2020

İsmayıllı MKS-nin Uşaq şöbəsində illərdi formalaşmış ənənəyə uyğun olaraq tədbir təşkil edilmiş,balaca oxucular və valideynlər rayonun şair və yazıçıları ilə bir arada olmuşdurlar.

Kitabxana  əməkdaşları   gələn qonaqlara  İsmayıllının şair və yazıçılarının əsərlərini təbliğ etmiş, oxuculara  əsərlər barədə geniş məlumatlar verilmiş, yeniyetmələri maraqlandıran suallar cavablandırılmışdır.

Maraqlı görüşü “İsmayıllı yazarları” ədəbi-ictimai birliyinin üzvləri Hacıməmməd Məmmədov, Oqtay İsmayıllı, Xalıq Yusifoğlu, Şahməmməd Dağlaroğlu və digərləri giriş sözü ilə açmış, keçirilən tədbirin mahiyyəti barədə fikirlərini söyləmişdirlər.Sonda şairlər  bu tərz görüşlərin vaxtaşırı keçirilməsini tövsiyyə etmişdirlər. Tədbir xatirə fotoşəkillərinin çəklişi ilə tamamlanmışdır.