17.01.2020
İsmayıllı rayon İcra Hakimiyyətinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon mədəniyyət müəsisələrinin və İsmayıllı rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu il dönümünə həsr edilmiş Mədəniyyət Mərkəzinin foyesində sərgi təşkil olunmuşdur. Sərgidə İsmayıllı rayon icra hakimiyyətinin rəhbərliyi eləcə də mədəniyyət müəssisələrinin rəhbər və işçiləri, rayon ziyalıları məktəblilər iştirak etmişdirlər. Sərgi xalqımızın azadlıq mübarizəsi və qan yaddaşı olan 20 Yanvar hadisələrini bir daha xatırlamaq məqsədi daşımışdır. Sərgi ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.