Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Mərkəzində ″Gənclər Günü″ ilə bağlı tədbir

01.02.2018

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Heydər Əliyev Mərkəzində ″Gənclər Günü″ ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə Heydər Əliyevin Mərkəzində yerləşən  Ulu öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.

   Gənclər Günü münasibətilə keçirilən təntənəli yığıncaq zamanı məruzə ilə çıxış edənlər gənclərin bu gün ölkə həyatının bütün sferalarında oynadığı böyük roldan, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Azərbaycan gənclərinin nəinki ölkədə, xaricdə də böyük nüfuz qazanmalarından, ordu sıralarında, təhsildə və idman və digər sahələrdə gənclərimiz yüksək nailiyyətlərindən  ətraflı danışıblar . Məruzə və çıxışlarda eyni zamanda Qəbələli gənclərin  rayon həyatındakı fəal rolundan, mədəni-kütləvi tədbirlərdə, idman sahəsində əldə etdikləri uğurlardan danışılıb. Vurğulanıb ki, Qəbələli gənclər bundan sonra da Prezidentin ətrafında sıx birləşərək Azərbaycanın inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklər.

  Sonda, tədbirdə iştirak edən bir qrup gənc rayonun həyatının müxtəlif sahələrində uğurlu fəaliyyətlərinə görə müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılıb.