Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda 20 Yanvar Şəhidləri böyük ehtiramla yad edilib.

20.01.2020

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30  il keçir. İsmayıllı rayonunda  vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsinə həsr olunan yürüş  keçirilib.

İsmayıllı Rayon  İcra hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri, İsmayıllı rayon  mədəniyyət müəssisələrinin rəhbər və  işçi kollektivi  və minlərlə rayon sakini yürüşə qatılıblar.Şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.   Daha sonra İcra hakimiyyətinin başçısı, icra nümayəndələri,rayon ictimaiyyəti və mədəniyyət müəssisələrinin işçiləri  İsmayıllı Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən  İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin hazırladığı  20 yanvar faciəsinin dəhşətlərini və vətən övladlarının  dəyanətini, vətənpərvərliyini, cəsurluğunu, igidliyini əks etdirən  ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.