Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində “Dövlət Bayrağı Günü” qeyd edilmişdir.

07.11.2019

9 Noyabr Dövlət Bayrağı Günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 Noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkiclibayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırki üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, İslamçılıq və Müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 Noyabr tarixi “Dövlət Bayrağı Günü” kimi qeyd olunur. Bu münasibətlə 7 noyabr 2019-cu il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində tədbir keçirilmişdir. Tədbir muzeyin əməkdaşları və Şamaxı şəhər 6 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birgə keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.

“Bir kərə yüksələn bayraq, bir daha enməz...” Bu cümlələrlə başlayan tədbirdə Respublikamızın rəmzi olan bayraq haqqında muzeyin kiçik elmi işçisi Allahverdiyeva Aygün tərəfindən geniş məlumat verildi. Məlumatda bayrağımızın rənglərindən, üstündəki ay və səkkizguşəli ulduzdan, onların hansı məna verdiyindən danışıldı. Şagirdlər Üçrəngli Bayrağımız haqqında müxtəlif şeirlər söylədilər. Sonra tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olmuş və ölümündən sonra “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuş şəhid Bayramov Malik Yaşa oğlunun muzeyin həyətində yerləşən büstünü ziyarət etmişlər