Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir

30.01.2018

    İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar  MKS-nin tədbirlər planına uyğun olaraq “Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda dəyirmi masa keçirildi.

    Tədbiri giriş sözü ilə MKS-nin direktoru  Ərəsdun Xələfov açaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında  “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan  edilməsi haqqında məlumat verdi.

    Azərbaycan Dövlət Pedaqoji Universitetin Şamaxı filialının dossenti , Tarix üzrə fəlsəfə  doktoru Zərifə Cavadova “Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda məruzə ilə çıxış etdi.

    Tədbirdə şöbə  müdirləri  Zemfira Hacıyeva , Hicran Xasıyeva ,  Afaq Səfiyeva mövzu ətrafında çıxış etdilər.

    Kitabxanada “Xalq Cumhuriyyəti -100”  başlıqlı kitab sərgisi təşkil olunmuşdur.