26.01.2018
İsmayilli Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-in Uşaq şöbəsində Azərbaycanın tanınmış ədəbiyyatşünası, pedaqoq və publisisti Firidun bəy Köçərlinin 155 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir iki mərhələdə təşkil olundu.
Tədbirin birinci mərhələsində oxuculara müəllifin həyat və yaradıcılığı barədə ətraflı məlumat verildi. “Balalara hədiyyə” kitabından uşaqlara nağıl və tapmacalar söylənildi, əsərlərin bədii qiraəti keçirildi, fəal oxucular öz fikir və münasibətlərini bildirdilər.
Tədbirin ikinci mərhələsində oxucular kitabxanamızın akt zalında “Balaca çoban” cizgi filminə tamaşa etdilər.