Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı rayonunda anım mərasimi

20.01.2018

   20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şamaxı rayonunda yerləşən Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir.
  Anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları, ictimaiyyət nümayəndələri, rayon gəncləri və məktəblilər iştirak etmişlər. Öncə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və onların ruhlarına dualar oxunmuşdur.Ziyarətə gələn rayon əhalisi məzarları təzə-tər çiçəklərə bürümüş və şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklillər düzmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərkən qeyd etmişdir ki, 20 Yanvar xalqımızın qürur və qəhrəmanlıq tarixidir. Biz ölkənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizlə fəxr edirik. Onların əziz xatirəsi həmişə olduğu kimi, bu gün də Şamaxıda böyük ehtiramla yad olunur və qəlbimizdə əbədi yaşayacaqdır.