Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nağıllar aləminə səyahət”

26.01.2018

         İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayonu MKS-in Uşaq kitabxanasında balaca fidanlarla növbəti görüş baş tutdu. Mövzumuz-Azərbaycan şifahi xalq ədəbiyyatının nümünələrindən olan “Nağıllar aləminə səyahət”idi.

       Əvvəlcə balacalara folklorumuz haqqında məlumat verildi. Sonra balacalar “Nağıllar aləminə səyahət” etdilər. Uşaqların sevimlisi olan “Cırtdan”. “Ovçu pirim”, “Məlikməmməd” ,“Tülkü tülkü tünbəki” və digər Xalq nağılları ilə balacaları məlumatlandırdılar. Hər cür riyakarlıqdan, xəbislikdən uzaq olan “Cırtdan” nağılı geniş formada uşaqlara söylənildi. Nağıl bitdikdən sonra balaca fidanlarla sorğu-sual keçirildi. Onların hər biri kiçik hədiyyələrlə mükafatlandırıldı.