Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qobustan rayonunda “20 Yanvar” faciəsinin şəhidləri ziyarət edildi

20.01.2018

   Qobustan rayonunda  “20 Yanvar” faciəsinin 28-ci il dönümünə həsr olunmuş “20 yanvar Milli Qürur Günümüzdür” adlı tədbir keçirildi. Tədbirdə Qobustan raron İcra Hakimiyyətinin başçısı, RİH-nin başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

    İlk növbədə Qobustan rayonunda yerləşən Şəhidlər xiyabanı ziyarət edildi və Şəhidlərin abidəsi önünə qərənfil dəstələri qoyuldu.

    Tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etdirildi. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov geniş məruzə ilə çıxış etdi. O, məruzəsində “20 Yanvar “ hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində xüsusi əhmiyyət daşıdığını vurğuladı.

   20 yanvar Şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbir Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin və şəhər 3 saylı tam orta məktəbin birgə hazırladıqları “20 yanvar Milli Qürur Günümüzdür” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirildi. Tədbir zamanı bu qanlı faciəni özündə əks etdirən film, səhnəcik və video-çarx nümayiş etdirildi.