19.01.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı Tarix-Diyarşünaslıq muzeyində "20 Qanlı Yanvar" faciəsi ilə bağlı geniş tədbir keçirildi. Tədbirdə Şamaxı rayon İnşaatçılar tam orta məktəbi və Şamaxı rayon Avropa liseyinin müəllim və şagird kollektivi iştirak etdilər. Tədbiri giriş sözü ilə muzeyin direktoru Məleykə Kamilova açdı. Azərbaycan xalqının tarixinə "Qanlı Yanvar" faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən 28 il keçməsi ilə bağlı geniş məruzələr dinlənildi.
Sonda tədbir iştirakçıları "Qanlı sətirlər" adlı filmə baxdılar.