03.05.2019
Azərbaycanın qədim tarixə malik xalq yaradıcılığı və qeyri maddi mədəni irsinin qorunması, zənginləşdirilməsi və təbliğində şəhər mədəniyyət mərkəzləri,digər mədəniyyət evləri və klublarında fəaliyyət göstərən bədii özfəaliyyət kolletivləri dərnəkləri və birliklərin xüsusi rolu vardır.
Respublikanın paytaxt və regionlarında əhalinin asudə vaxtının səmərəli təşkili, insanlara mədəni xidmətlərin göstərilməsi,maddi və mədəni dəyərlərin gənc nəslə aşılanması,narkomaniya,əxlaqsızlıq dini radikalizm seperatizm və digər destruktiv cərəyanlara qarşı maarifləndirmə işlərinin aparılmasına həmin kollektivlər öz töhfəsini vermişdir.Mədəniyyət müəssisələrində yaradıcılıq fəaliyyəti göstərən həmin kollektivlərin dəstəklənməsi, yenilərinin yaradılması, mükafatlandırılması habelə onlara “Xalq” statusunun verilməsi məsələləri nazirliyin daim diqqət mərkəzində olmuşdur. Cənab Nazir Əbülfəs Qarayev tərəfindən xalq yaradıcılığının qorunması,inkişafı,təbliği istiqamətində uzunmüddətli və səmərəli fəaliyyət göstərmiş kollektivlərə “xalq” statusunun verilməsi ənənəsinə müvafiq olaraq və ” Xalq özfaəliyyət kollektivlərinin nümunəvi Əsasnaməsi” ni rəhbər tutaraq İsmayıllı rayonunun “Lahıc folklor kollektivi”nə “xalq kollektivi” statusu verilmişdir.
Bununla bağlı olaraq,İsmayıllı Regional Mədəniyyət İdarəsi və Mədəniyyət işçiləri cənab nazirə öz təşəkkürlərini bildirirlər