Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Özbəkistan Respublikası Fərqanə Vilayətinin Riştan şəhərinin nümayəndə heyəti İsmayıllıya gəlib.

23.04.2019

Özbəkistan Respublikası Fərqanə Vilayətinin Riştan şəhərinin nümayəndə heyəti İsmayıllıya gəlib. Nümayəndə heyətinin rəhbəri, Fərqanə Rayon Hökumətinin Mətbuat Mərkəzinin rəhbəri Abdusalom Siddikov səmimi qəbul üçün öz təşəkkürünü bildirmişdir İsmayıllı ilə Riştan şəhəri arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Hər iki şəhərin etnoqrafiyası, xalq sənətkarlığını əks etdirən hədiyyələr qarşılıqlı olaraq təqdim olunub. Nümayəndə heyətinin tərkibində olan xanımlara Basqal kəlağayısı hədiyyə olunmuşdur. Daha sonra Heydər Əliyev Mərkəzində bir qrup ziyalı ilə qonaqların görüşü olub, "Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri ilə dəyirmi masa arxasında söhbət keçirilmişdir. Daha sonra İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində Mədəniyyət Mərkəzinin təşkil etdiyi musiqi nömrələri dinlənilmişdir. Özbək qonaqlar bir neçə gün İsmayıllıda qalacaq, onun sosial-iqtisadi inkişafı, coğrafiyası, tarixi və bu günü, milli-etnik tərkibi, xalq sənətkarlığı, şəhərsalma mədəniyyəti, aqrar istehsal səviyyəsi ilə tanış olacaqlar.