Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxıda “Bölgələrdən-bölgələrə” adlı müştərək televiziya layihəsi keçirilmişdir

27.03.2019

Azərbaycan Televizisiyası Mədəniyyət Kanalı və Mədəniyyət Nazirliyi arasında regionlarımızın mədəni irsinə, xalq yaradıcılığına, incəsənətinə həsr olunan “Bölgələrdən-bölgələrə” adlı müştərək televiziya layihəsində İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ rayonlarının mədəni irsinin təbliği, regionun mədəni potensialının nümayiş etdirilməsi məqsədilə Şamaxı şəhərində konsert keçirilmişdir.
Şamaxı  Rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə regional idarənin tabeliyində olan rayonların istedadlı şagirdləri tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, özfəaliyyət kollektivləri milli və etnik rəqs nümunələri ilə çıxış edib, simli musiqi alətlərimizin geniş ifa imkanlarını göstəriblər.
İştirakçıların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.