Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələ Rayon Tarix –Diyarşünaslıq muzeyinin əməkdaşlarının Novruz şənliyi

19.03.2019

Xalqımızın sevimli bayramı Novruz.

Doğma yurdumuz Azərbaycan yaranışından gözəlliklər məskənidir.Ulu Tanrı bu diyarı yaradanda ona bütün təbii gözəllikləri bəxş etmişdir.Kainatın ən gözəl nöqtəsi doğma yurdumuz Azərbaycan yer üzərində bol sərvətli məkan , vətənimiz,təbii gözəlliklərin,təkrarolunmaz mənzərələrin vəhdət tapdığı torpaqdır.

Canımız,qanımız olan bu torpaq İlahinin qüdrətindən yaranmış gözəlliklər məskənidir.Ulu Tanrı bu torpağa o qədər bərəkət bəxş etmişdir ki, yerə düşən hər bir toxumu cücərir,fidanları göyərir.Zümrüd meşələrimizə,uca dağlarımıza,yaşıl çəmənlərimizə,gur şəlalələrimizə baxanda həyatda yaşamaq eşqimiz coşur-çağlayır,Tanrıya dua edərək deyirik: “Şükürlər olsun Allahım! biz necə də xoşbəxt bəndələrik ki,belə təbii gözəlliklərlə dolu bir diyarda yaşamaq nəsibimiz olmuşdur”.Bütün təbii gözəlliklər doğma Azərbaycanımızı dillər əzbəri etmişdir. Hər fəsildə,hər mövsümdə başqa-başqa gözəlliklərlə dolu olur doğma yurdumuz.Gözəlliklər bir-birini əvəz edərək valehedici mənzərələr yaradır.Yayı bir gözəllik,payızı bir rövnəqlik,qışı başqa bir heyranedici mənzərədə olur Azərbaycanımızın. Hələ Yazını demirəm.Yaranışından gözəl olan bu torpağın hər fəsildəki gözəlliyi bir yana,yazdakı gözəlliyi başqa bir yana.Yaz fəslində bu torpaqların gözəlliyinə baxdıqca gözlərini çəkə bilmirsən,bu gözqamaşdıran mənzərələrdən ilham alırsan.

Doğma yurdumuz yazın gəlişilə daha da gözəlləşir.Uzanıb gedən yaşıl çəmənlər,boy-boya verən zümrüd meşələr,dağ-dərə döşündəki bənövşə,süsən,novruz çiçəkləri,quşların cəh-cəhi bu gözəlliyə bir rəng qatır.Uzaqdan baxanda yüksək səviyyədə peşakar bir rəssamın əsərini xatırladır bu mənzərə.Böyük bir zövqlə işlənmiş,təbiətin bütün gözəllilkərini özündə əks etdirən xalıya bənzəyir yurumuzun yazı.Qaranquşların gəlişilə təbiət daha da canlanır.Quşların cəh-cəhi insanda yaşamaq,yaratmaq hisslərini gücləndirir,həyat eşqini artırır.Hər fəsili gözəl olan doğma yurdumuzun yazı doğrudan da əsrarəngiz,təkrarolunmazdır.Yaz fəsli gözəlliklərlə yanaşı neçə-neçə bayramlar gətirir diyarımıza.Bayram -bayrama,bayramlar gözəlliklərə qarışır.Bu o qədər gözəl olur ki, heç deməyə,bənzətməyə söz tapa bilmirəm.Günəşin şəfəqləri mavi səmadan süzülərək ruhumuzu oxşayır,qanımız qaynayır, bayram əhval-ruhiyyəsi aylarca bizi tərk etmir.

Novruz bayramı yaz fəslinin ən gözəl günlərinə təsadüf edir.Qədim tarixə malik olan Novruz bayramının özünəməxsus adət-ənənələri vardır.Novruz sözünün mənası “Yeni gün” deməkdir. Həqiqətən də Novruz öz gəlişilə yenilik,təzəlik,başqa bir həyat gətirir.Hələ qədimdən xalqımız bu bayramın adət-ənənələrini yaşatmışlar.Bu gün də bayramın atributları,adətləri özünəməxsus şəkildə yerinə yetirilir. Keçəl,kosa,səməni,şəkərbura,paxlava,badam,püstə və digər şirniyyatlarla bəzədilmiş xoncalar bayram əhval-ruhiyyəsinə bir rəng qatır. Yaşıllığın rəmzi olan

səməni bayramın gəlişilə bütün evlərdə göyərdilir.Novruz adətlərindən biri də Çərşənbə günləridir.Novruz çərşənbələri müxtəlif adlarda qeyd olunur. Birinci su çərşənbəsidir ki,böyük bir təmtəraqla keçirilir.Su bəşər övladına bəxş olunmuş ən böyük nemətdir.Saflıq,paklıq,təmizlik rəmzi olan su çərşənbəsində təbiətin bütün suları oyanır.Dərdi-qəmi,kədəri,qara günləri,xoşagəlməz ab-havanı ,saf sular elə su çərşənbəsində yuyub aparır.Bütün evlərə su səpilir ki,hər kəsin ruhu təzələnsin,insanlar su kimi saf və təmiz olsunlar.Bulaqlardan, axar sulardan su götürüb evdə qoyarlar ki, ruzimiz su kimi təmiz,bərəkətli olsun. İkinci çərşənbəsi od çərşənbəsidir.Tarixən xalqımız odu müqəddəs hesab etmişlər.Tonqallar qalanaraq ağırlıqlarını odda yandırmış,bu yolla da yeni günün başlanmasına inanmışlar.Bütün dərdləri sular axıdaraq,odlar yandıraraq məhv etdiyini xalqımız tarixlər boyu bir inanc kimi yaşatmışlar.Yel çərşənbəsinin də özünəməxsusluğu vardır.Xalqımzı yel çərşənbəsinin gəlişini daha səbirsiliklə gözləyirlər.Xalq arasında belə bir inanc vardır ki, Yel çərşənbəsi bütün təbiəti,canlı aləmi,kainatı təmizləyir,qara buludları,qara fikirləri,bütün pislikləri yellər əsərək,qova-qova bu dünyadan uzaqlaşdırır.Sonuncu çərçənbə Torpaq çərşənbəsidir.Bu çərşənbədə artıq bütün torpaq,təbiət oynır.Bütünlüklə saf,pak olan canlı aləm oyanaraq ruhu təmizlənmiş insanlarla vəhdət təşkil edərək yeni bir dünya yaradırlar.Torpağın oyanması bütün gözəlliklərin,təbiətin canlanması həyatın davam etməsini göstərir.İnsan həyatında mühüm rol oynayan bu dörd ünsür su,od,yel,torpaq kainatın varlığını göstərir.Deməli gündəlik həyatımızda suyun,odun,yelin,torpağın -hər birinin böyük əhəmiyyəti vardır.Keçəl və kosanın da bu bayramda xüsusi yeri vardır.Bayramı daha da şən keçirən bu iki obraz hələ də xalq arasında sevilir.Yaşından asılı olmayaraq hər kəsdə maraq,sevinc doğuran Novruz bayramı xalqımz yaşadıqca yaşayacaq,adət-ənənələri qorunub saxlanacaqdır.Cünki hər bir bayram xalqın qədimliyini ulu keçmişə,tarixə malik olmasını göstəri