Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı rayon Tarix-Diyarşünaslıq Muzeyində “Tariximizin Xocalı Səhifəsi” adlı tədbir keçirilmişdir.

26.02.2019

“Tariximizin Xocalı Səhifəsi”

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücuma keçmişdir. Tarixə XX əsrin ən dəhşətli faciəsi kimi düşmüş “Xocalı Soyqırımı” zamanı dinc, əliyalın əhaliyə qarşı qandondurucu işgəncələr edilmişdir. 613 nəfər dinc əhali öldürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüşdür. 8 ailə isə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 1275 nəfər girov götürülmüş dinc sakinlərdən 15-sinin taleyi indi də məlum deyil.

“Xocalı Soyqırımı” qurbanlarının anım günü münasibətilə 26 fevral 2019-cu il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində də sərgi “Tariximizin Xocalı Səhifəsi” adlı tədbir keçirilmişdir. Şamaxı şəhər 6 saylı tam orta məktəbin müəllim və şagird kollektivi tədbirdə iştirak etmişlər. Tədbirdə muzeyin kiçik elmi işçisi Nuralıyeva Şahanə “Xocalı Faciəsi” adlı məruzə ilə çıxış etmişdir. Sonda şagirdlər “Xocalı Soyqırımına” həsr olunmuş sərgiyə baxmışlar.