20.01.2019
Qobustan rayonunda 20 yanvar “Hüzn günü”münasibətilə tədbir keçirildi. İlk öncə rayon içtimaiyyətinin iştirakı ilə Şəhidlər Xiyabanı ziyarət olundu,abidə önünə gül dəstələri düzüldü.Tədbir rayon İcra Hakimiyyətinin akt zalında Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin və Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin birgə hazırladıqları “20 yanvar Milli qürur günümüzdür”adlı kompozisiyanın nümayişi ilə davam etdirildi.