11.01.2019
Şamaxı rayon Mədəniyyət Mərkəzində həqiqi hərbi xidmətə çağırışçıların təntənəli yola salınma mərasimi keçirilib. Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kollektivi , Hüquq mühafizə orqanlarının rəhbərləri , ictimaiyyətin nümayəndələri və həqiqi hərbi xidmətə yola salınan gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə təzə güllər düzüblər. Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov çıxış edərək müstəqil Azərbaycan dövlətinin uğurlarından, xalqımızın ümummilli lideri Heydər Əliyevin Milli Ordumuzun yaradılmasındakı xidmətlərindən, möhtərəm Prezidentimiz, Ali Baş komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin qüdrətlənməsi yolundakı fəaliyyətindən, Ordu ilə xalqın monolit birliyindən danışmışdır.
Rayon Ağsaqqallar şurasının sədri Mayil Alcanov,Rayon Gənclər idarəsinin rəisi Şahmar Hüseynov,Qarabağ müharibəsi veteranları adından Fuad Şıxıyev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdılar, Gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi arzuladılar.
Tədbirdə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin “Gənclik”instrumental ansamblı, Muğam qrupu, ”Buta” rəqs qrupu , Şamaxı rayon Mədəniyyət Mərkəzinin “Şirvan” folklor qrupu və aşıqlar ğözəl çıxışları ilə tamaşaçılarda xoş ovqat yaratdılar.
Təntənəli tədbirin aparıcısı Azərbaycanın Fəxri Mədəniyyət işçisi Rəfail Tağızadə.