24.12.2018
İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində İstedadlar sorağında - 2018 adlı müsabiqənin yekun mərhələsi keçirildi. Tədbirdən öncə İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin foyesində istedadlı gənclərin əl işləri və sərgilərinə baxış keçirildi. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi və Regional Mədəniyyət idarəyə tabe olan mədəniyyət müəssisələrinin işçiləri iştirak edirdi. Çıxış edən Rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov belə bir tədbirin İsmayıllı rayonunda keçirilməsinə görə öz təşşəkkürünü bildirdi. Belə tədbirlərin keçirilməsi gələcək üçün milli dəyərlərimizin üzə çixarilması və qorunub saxlanmasına davamına imkan yaratdığını qeyd etdi.
Çıxış edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin Rəisi Elnur Hüseynov öz çıxışında 3 ay müddətində keçirilən müsabiqənin qaliblərini təbrik etdi və onları fəxri fərmanla təltif etdi.
Səbinə Novruzzadə İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat katibi