15.12.2018
Ağsu rayon Heydər Əliyev mərkəzinin və Ağsu Bilik Evinin birgə təşkilatçılığı ilə Ağsu şəhər 3 saylı tam orta məktəbində 98 nəfər rayon məktəblisinin iştirakı ilə IX “Fənlərin Dostluğu Olimpiadası”nın yekun mərhələsi keçirildı. Həmçinin Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ağsu Bilik Evi və Ağsu rayon Heydər Əliyev Mərkəzi tərəfindən 36 nəfər rayon məktəblisinin iştirakı ilə təşkil olunmuş “Xalqımızı Heydər Əliyev qədər sevək” adlı inşa yazı müsabiqəsinin qalibləri ( I yer- Ağsu şəhər 1 saylı məktəb liseyin IX sinif şagirdi Kazımlı Səbinə Laçın qızı, II yer- Ağsu şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi Fətullazadə Leyla Mehman qızı, III yer- Ağsu rayon Bico və Ləngəbiz kənd tam orta məktəblərinin X-XI sinif şagirdləri Babaşova Ayan Seymur qızı, Cəbiyeva Nəzrin Hicran qızı) Azərbayacan Respublikasının Prezidenti yanında Bilik Fondunun diplomları və hədiyyələri ilə mükafatlandırıldı. Tədbirin sonunda Azərbayacan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun baş məsləhətçisi Hüseynova Nüşabə Fehruz qızı “Azərbaycan dilinin qorunmasında mütaliənin rolu” adlı məruzə çıxış etdi.