Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsa Muğannanın 90 illik yubileyi

11.12.2018

Heydər Əliyev Mərkəzində xalq yazıçısı İsa Muğanna (Hüseynov) yaradıcılığına həsr edilmiş tədbir keçirilib.Tədbirdə unudulmaz yazıçının Azərbaycan və türk ədəbiyyatında özünəməxsus mövqe qazandığını bildirilib. Yazıçıya dünya şöhrəti gətirən əsərlərinin təbliğinin daha da gücləndirilməsini, onun daha geniş coğrafiyada tanıdılmasının vacibliyini vurğulanıb.Diqqətə çatdırılıb ki, İsa Muğanna yazıçı kimi altmış illik fəaliyyəti dövründə ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfələr verib. Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı aydın mövqeyi, dərin təfəkkürü ilə hər zaman oxucuları heyrətləndirib.Tədbirin sonunda iştirakçılara yazıçının “İdeal” kitabından hissələr oxunub